Menu

Obama Fətullah Gülənin ekstradisiyası barədə danışdı

22.07.2016, 23:10

erd obam

Türkiyə Fətullah Gülənin ekstradisiyasının zəruriliyini təsdiq edən müvafiq sənədləri ABŞ-a təqdim etməlidir. Bu barədə ABŞ prezidenti Barak Obama bildirib.

"Türkiyə prezidenti və hökuməti əmindir ki, ABŞ-ın Pensilvaniya ştatında yaşayan Gülənin dövlət çevrilişinə cəhddə əli var. Mən prezident Ərdoğana dedim ki, onlar ABŞ ərazisindəki Gülən və ya başqası haqda sübutları bizə təqdim etməlidirlər", – deyə Obama Ağ Evdə Meksika prezidenti ilə keçirdiyi mətbuat konfransında deyib.

Ağ Ev rəhbəri əlavə edib ki, ekstradisiya barədə qərarı o deyil, Ədliyyə Nazirliyi və məhkəmə qəbul edir..

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol