Menu

Naxçıvanda əsgər əsgəri öldürdü

11.04.2014, 21:15
Naxçıvanda əsgər əsgəri öldürdü

Azərbaycan Ordusunda qətl törədilib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri Nural Bünyadlı ehtiyatsızlıqdan əsgər yoldaşı Tariyel Məmmədovu bıçaqlayıb. Daxilə nüfuz edən bıçaq xəsarəti alan T. Məmmədov aldığı xəsarətdən dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol