Menu

​“Brent” son iki ayda ilk dəfə 45 dollardan ucuz satılıb

25.07.2016, 18:13

635911980451448476-AP-OIL-GLOBAL-IMPACT-79354522ICE London qitələrarası birjasında hərraca çıxarılan “Brent” markalı xam neftin qiyməti son iki ayda ilk dəfə 45 dollardan aşağı düşüb.

“Report” xəbər verir ki, sonuncu dəfə mayın 9-da “Brent”in bir barelinin qiyməti 43,46 dollar olub.

Mayın 10-dan etibarən isə bu markalı xam neftin qiyməti 45 dollar/bareli üstələyib. Qeyd edilən dövrdə ən yüksək göstərici iyunun 8-də qeydə alınıb və həmin tarixdə “Brent”in bir bareli 52,51 dollara təklif edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol