AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğan Avropa İttifaqını (Aİ) sözünün üstündə dumamaqda ittiham edib («Exo Moskvı»).
Avropa hökuməti, Türkiyə ilə Aİ arasında miqrantlarla bağlı əldə olunmuş razılaşmaya əməl etmir. Bu razılaşmaya əsasən, Aİ Türkiyəyə 3 milyard avro vəsait ödəməlidir.
Ərdoğanın sözlərinə görə, hal-hazıra qədər Avropa hökuməti Türkiyəyə cəmi 2 milyon dollara yaxın vəsait ayırıb. Amma miqrantların saxlanması 12 milyard dollara başa gəlir.
Təcrübə göstərir ki, «sürüşkən»lik Avropaya xas olan silsilə yaramazlıqlardan yalnız biridir. Özü nəhəng borclara baş vurmuş Avropa, borcu qaytarmamaq məqsədilə, kreditorlarla «qeyri-səmimi» və amansız davranışı ilə seçilir - Aİ «borcdan yaxa qurtarmağın ən asan yolu kreditoru öldürməkdir» yolunu tutub...


Şərhlər