Menu

Bulvarda kafe yanıb kül oldu

12.04.2014, 11:00
Bulvarda kafe yanıb kül oldu

Bu gün səhər saatlarında Bakının Səbayel rayonu ərazisində kafe yanıb.

Yanğın saat 05 radələrində Dənizkənarı Milli Parkdakı kafelərin birində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Gülabi Vaqif oğlu Xəlilova məxsus kafe yanaraq külə dönüb. Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub. Yanğın yanğınsöndürənlərə tərəfindən söndürülüb.

İlkin ehtimala görə, yanğın qısaqapanma nəticəsində baş verib. Yanğın nəticəsində xəsarət alan olmayıb (ANS TV).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol