Menu

Rusiya idmançılarının əksəriyyəti olimpiadadan kənarda qalacaq!

26.07.2016, 16:30
Rusiya idmançılarının əksəriyyəti olimpiadadan kənarda qalacaq!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, rusiyalı idmançıların böyük əksəriyyəti Rio de-Janeyroda keçiriləcək Olimpiya oyunlarından kənarda qalacaq.

«The Telegraph» qəzetinin yazdığına görə, Rusiyanın sifariş etdiyi 387 atletin yalnız 10,0 faizi Beynəlxaq Olimpiya Komitəsinin (BOK) sərt seçim kriteriyalarına uyğun gəlir. Bu səbəblə, Rusiyanın sifariş etdiyi atletlərdən 40 nəfərə yaxını Rio Olimpiadasına düşə biləcək. Seçimi BOK özü edəcək.

Qeyd olunur ki, Rusiya idmançılarının Olimpiya oyunlarına buraxılması üçün başlıca kriteriya «dopinq tarixçəsi»nin olmamasıdır. Qəzetin yazdığına görə, bunu ayırd etmək üçün BOK, müstəqil ekspertlər cəlb etməklə, ən yaxın zamanda lazımi dopinq yoxlamasına məruz qoyulmamış idmançıları müəyyən edəcək.

Bundan əvvəl BOK bəyan etmişdi ki, Rusiya idmançılarının Olimpiya oyunlarına buraxılması barədə qərarı ayrı-ayrı federasiyalar qəbul edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol