Menu

Şirvandakı partlayışda yaralanan 3 nəfərin vəziyyəti orta-ağırdır - Səhiyyə Nazirliyi

26.07.2016, 20:31

Sehiyye_Nazirliyiİndiyədək Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 24 nəfər müraciət edib

Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda baş vermiş partlayışla əlaqədar indiyədək Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 24 nəfər müraciət edib.

Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, onlardan 14 nəfəri ambulator yardım alaraq evə buraxılıb: "Hazırda xəstəxanada 10 nəfərin müalicəsi davam edir. Bu şəxslərdən 3 nəfərinin vəziyyəti orta-ağır qiymətləndirilir, 7 nəfərin vəziyyəti isə yüngüldür".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol