Menu

Türkiyə parlamenti dövlət çevrilişi cəhdini araşdıracaq

26.07.2016, 20:39

tbmmTürkiyə Böyük Millət Məclisində bununla bağlı komissiya yaradılacaq

Türkiyə parlamenti Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdini araşdıracaq.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində bununla bağlı komissiya yaradılacaq.

Komissiyada 15 nəfər təmsil olunacaq və hadisələri araşdırmaq üçün üç ay vaxt veriləcək.

Qeyd edək ki, iyulun 15-də Türkiyədə baş tutmayan uğursuz dövlət çevrilişi nəticəsində 246 nəfər ölüb, 2 mindən insan yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol