Menu

"Zaman" qəzetinin 47 əməkdaşı - Həbs edildi

27.07.2016, 11:50
"Zaman" qəzetinin 47 əməkdaşı - Həbs edildi

Türkiyədə “Zaman” qəzetinin yazarları və rəhbərliyinə qarşı əməliyyat təşkil olunub.

"AzPolitika.info" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə cəhdə qarşı əməliyyatlarda "Zaman" qəzetinin 47 əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib.

Nəzarətə alınan “Zaman” qəzetinin keçmiş yazarı Şahin Alpay, evindən çıxarılarkən jurnalistlərin sualı qarşısında: "Heç bir açıqlama verməyəcəm. Heç bir günahım yoxdur. Niyə nəzarətə alındığımı bilmirəm. Öyrənəcəyəm", deyə həmkarlarına açıqlama verib.

Qeyd edək ki, “Zaman” qəzeti 15 iyulda dövlət çevrilişinə cəhd edən Fətullah Gülən camaatının ən güclü mətbuat orqanlarından biri sayılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol