Menu

İdman kompleksində ölüm hadisəsi

27.07.2016, 19:42
İdman kompleksində ölüm hadisəsi

Sumqayıt şəhərində yerləşən idman komplekslərinin birinin üzgüçülük hovuzunda ölüm hadisəsi qeydə alınıb.

Trend-in verdiyi məlumata görə, 25-26 yaşlarında Ülkər adlı bir qız hovuzda üzərkən boğulub ölüb. İlkin ehtimala görə, faciəyə səbəb qızın ayağında qıcolma və ürək tutması göstərilir.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol