Menu

Rusiyada əhalinin vahid məlumat reqistri yaradılacaq!

28.07.2016, 01:20
Rusiyada əhalinin vahid məlumat reqistri yaradılacaq!

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, bu ölkədə əhalinin vahid məlumat reqistri yaradılacaq və vətəndaşların hər birinə rəqəmli kod veriləcək.

«Kommersant» qəzetinin yazdığına görə, bu barədə Baş nazir Dmitri Medvedyev informasiya texnologiyaları üzrə hökumət komissiyasının iclasında xəbər verib. Reqistrin 2025-ci ilə qədər yaradılacağı bildirilir. Bu reqistrə düşən hər kəsə on iki rəqəmli dəyişməz kod təyin olunacaq. O, qeydin formalaşdığı günü, ayı və ili, siyahıda onun sıra nömrəsini və hansısa nəzarət rəqəmini özündə əks etdirəcək.

Əhalinin vahil siyahısının tərtibi ilə maliyyə nazirliyi məşğul olacaq. Rusiyada yaşayanların, ölkəyə gələnlərin və ya ölənlərin ümumi bazası insan üçün əsas məlumatları özündə əks etdirəcək. Bu şəxsi məlumatlar anadan olduğu yer və tarix, pasport nömrəsi, vergi ödəyicisi nömrəsi, sürücülük vəsiqəsi və s. ibarət olacaq. Əsas kimi artıq dövlət orqanlarının əlindəki məlumatlar götürüləcək.

Maliyyə nazirliyində istisna etmirlər ki, bazaya şəxsin yaşayış yeri, təhsili və mühakimə olunub-olunmadığı barədəki məlumatlar da daxil ediləcək. Bu zaman, nə vaxtsa ölkədə olmuş əcnəbilər də nəzərə alınacaq.

Hədd-buluğa çatmış hər bir rusiyalıya öz «profayl»ına giriş hüququ veriləcəyi vəd olunur. Bununla da dövlət orqanları sifariş əsasında praktiki olaraq, hamının barəsində şəxsi məlumatları əldə edə biləcək.

Bu yeniliyin, dövlətlə vətəndaş arasında qarşılıqlı fəaliyyəti sadələşdirmək səbəbilə tətbiq edildiyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol