Menu

Azərbaycanda 3500-dən çox hepatitli xəstə ilə bağlı qərar verildi

28.07.2016, 13:46
Azərbaycanda 3500-dən çox hepatitli xəstə ilə bağlı qərar verildi

Azərbaycan Səhiyyə Nazirliyinin B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komisiyasına edilən müraciətlərin sayı açıqlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2016-ci ilin birinci və ikinci rüblərində xəstələr tərəfindən B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komisiyaya 1388 müraciət (tibbi sənədlər) təqdim olunub və baxılıb.

30 iyun 2016-ci il tarixinədək kumulyativ olaraq 5135 (hepatit C – 3961, hepatit B – 1174) müraciət təqdim olunub və baxılıb.

Nəticə olaraq 3533 şəxsin müalicəsi haqqında (48 həftə - 1032, 24 həftə - 2501) qərar qəbul edilib. PZR müayinəsinə göndərilmiş xəstələrin ümumi sayı 990 nəfər təşkil edib.

Hepatit B virusunun sağlam daşıyıcıları 577 nəfər, Hepatit B və Hepatit D koinfeksiyasının 58 nəfər, Hepatit B və Hepatit C koinfeksiyasının 77 nəfər, Qaraciyər sirrozundan əziyyət şəkənlərin sayı 260 nəfər təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol