Menu

Dağıstan rəhbəri Dərbənd-Bakı qatarının işə salınmasını təklif edib

28.07.2016, 17:10
Dağıstan rəhbəri Dərbənd-Bakı qatarının işə salınmasını təklif edib

Dağıstanın rəhbəri Ramazan Abdullatipov Dərbənd-Bakı dəmir yolu qatarının istismara verilməsini təklif edib."APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, muxtariyyət rəhbəri bu təkliflə Şimali Qafqaz dəmir yolunun rəisi Vladimir Pyastolovla görüşündə çıxış edib.

"Dəmir yolu infrastrukturunun və Azərbaycanla sərhəddə yerləşən keçid məntəqəsinin tikintisinə başlamaq lazımdır. Bundan başqa, mən Dərbənd-Bakı marşrutu üzrə dəmir yolu qatarının işə salınması təklif edirəm", - deyə o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol