AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Ukraynanın maliyyə nazirliyi bu ölkənin Rusiyaya olan 3,0 milyard dollar həcmində borcunu qaytarmaqdan imtina edib. Ukrayna maliyyə idarəsinin başçısı bəyan edib ki, bu məbləğ «siyasi kreditdir və onu bizə zorla sırıyıblar».
Ölkənin maliyyə naziri Aleksandr Danilyuk məsələyə belə aydınlıq gətirib ki, 2013-cü ildə - Viktor Yanukoviçin prezidentliyi dövründə alınmış 3,0 milyard dollar həcmində kreditin Rusiyaya qaytarılmasına heç bir əsas görmür.
«Bu, siyasi kredit idi və onu almağa bizi məcbur ediblər... Bizim mövqeyimiz belədir ki, biz, həmin pulları qaytarmalı deyilik» - deyə, nazir «Ecpresso TV»-nin efirindən bəyan edib.


Şərhlər