Menu

Rusiya BMT TŞ-də Kiyevin Krıma dair yeni bəyanatını bloklayıb

29.07.2016, 09:16
Rusiya BMT TŞ-də Kiyevin Krıma dair yeni bəyanatını bloklayıb

Rusiya nümayəndə heyəti BMT Təhlükəsizlik Şurasında Krımın RF-in Cənub Federal Dairəsinə birləşdirilməsi ilə bağlı Ukraynanın yeni bəyanatını bloklayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın BMT-dəki nümayəndə heyəti “Twitter”dəki səhifəsində bildirib.

Qeyd edək ki, ötən gün Rusiya prezidenti Vladimir Putin “Krım Federal Dairə”nin Cənub Federal Dairəsinə birləşdirilməsi ilə bağlı fərman imzalayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol