Menu

"Petkim"də daha bir istefa

29.07.2016, 11:19
"Petkim"də daha bir istefa

Türkiyənin "Petkim" neft-kimya kompleksinin satın almalar üzrə direktor müavini Natiq Dəmirov istefa verib.

Trend-in məlumatına görə, bu holdinqin rəsmi yaydığı məlumatda qeyd olunub.

Daha öncə Direktorlar Şurasının sədri Vaqif Əliyev bildirmişdi ki, iyulun 27-dən etibarən "Petkim" holdinqində (SOCAR-ın Türkiyə aktivi) ayrı-ayrı departamentlərdən 27 nəfər işdən azad edilib.

Onun sözlərinə görə, SOCAR Türkiyədə restrukturizasiya prosesi çərçivəsində əvvəlki kimi bu ölkəyə investisiya yatırmağa davam edəcək: "Türkiyədə şirkətin investisiyaları 18 milyard dollar təşkil edir. Bununla da şirkət Türkiyədə ən iri xarici investordur".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol