Menu

Bakı sakini qonşusunu öldürdü

29.07.2016, 11:43
Bakı sakini qonşusunu öldürdü

Bakıda qətl törədilib.

Sabunçu rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Sabunçu qəsəbəsi, Natavan küçəsi 25 ünvanında yerləşən 155 saylı orta məktəbin qarşısında qeydə alınıb. Qəsəbə sakini, 1982-ci il təvəllüdlü Fərman Kazım oğlu Eminov qonşusu, 36 yaşlı Elməddin Nəbi oğlu Əmənovu bıçaqlayıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən E. Əmənov aldığı xəsarətdən orada dünyasını dəyişib.

Hadisəni törədən F. Eminov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol