Menu

Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş iki nəfər xilas edilib

31.07.2016, 20:11

bogulmaHər iki hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib

Abşeron çimərliyində batmaq təhlükəsi ilə üzləşmiş iki nəfər xilas edilib.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə məlumat daxil olub.

Hər iki hadisə Bakının Xəzər rayonu ərazisində 18:15 və 18:55 radələrində qeydə alınıb. Batmaq təhlükəsi ilə üzləşmiş şəxslər dalğıc-xilasedicilər tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil veriliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol