Rəcəb Tayyib Ərdoğan bu gün analoji addımı atıb
Türkiyənin əsas müxalifət partiyasının lideri ölkə prezidentinə qarşı bütün məhkəmə iddialarını və şikayət ərizələrini geri götürür.
"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu prezident Rəcəb Tayyib Ərdoğanın addımından sonra belə bir qərar verib.
Qeyd edək ki, Türkiyə prezidenti bu gün ölkə müxalifətinin liderləri ilə bağlı bütün məhkəmə iddialarını və çikayət ərizələrini geri götürüb.

Şərhlər