Menu

Zərdabda ölümlə nəticələnən yol qəzası baş verib - FOTO

01.08.2016, 20:45
Zərdabda ölümlə nəticələnən yol qəzası baş verib - FOTO

Qezada-sinmish-padpres-180912Zərdabda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun giriş qapısında, dördyol adlanan hissəsində qeydə alınıb.

Zərdab rayon sakini Mirəli Əli oğlu Yahyayevin idarə etdiyi "VAZ 21011" markalı minik maşını ilə rayon polis şöbəsinə məxsus "Qazel" markalı maşın toqquşub.

Nəticədə VAZ markalı minik maşının sürücüsü hadisə yerində ölüb. Qəza nəticəsində yol, 1 saatdan artıq müddətdə bağlı qalıb. Hazırda hüquq mühafizə orqanları hadisə yerində araşdırma aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol