Menu

16 və 14 yaşlı bacılar dənizdə batdı

03.08.2016, 10:59
16 və 14 yaşlı bacılar dənizdə batdı

Bakıda iki bacı dənizdə batıb.

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında Novxanı çimərliyində qeydə alınıb.

Göyçay rayon sakinləri – 2000-ci il təvəllüdlü Əliyeva Səmayə Vasif qızı və onun bacısı, 2002-ci il təvəllüdlü Aytac dənizdə çimərkən boğularaq ölüblər.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri S. Əliyevanın meyitini taparaq çıxarıblar. Aytacın meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir.

Qeyd edək ki, iki bacı Bakıya istirahətə gəlibmiş.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol