Menu

İyulda İraqda 759 nəfər ölüb, 1 207 nəfər yaralanıb

03.08.2016, 20:37

iraq partlayisÖlənlərdən 629, yaralılardan 1 061 nəfəri mülki vətəndaşlardır

Cari ilin iyulunda İraqda münaqişə nəticəsində 759 nəfər ölüb.

"Report" DHA-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin İraqa Yardım Missiyası (UNİM) məlumat yayıb.

Məlumata görə, bu statistikaya Ənbər vilayəti daxil deyil, yaralıların sayı isə 1 207 nəfər olub.

Xəbərdə həmçinin ölənlərdən 629, yaralılardan 1 061 nəfərinin mülki vətəndaşlar olduğu qeyd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol