Menu

"8-ci km Bazarı"nın yolu bağlanır

04.08.2016, 13:21
"8-ci km Bazarı"nın yolu bağlanır

Təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 4-dən 5-nə keçən gecə Bakı şəhərində Qara Qarayev prospektinin Naxçıvanski küçəsi ilə kəsişməsindən (8-ci km bazarı) Bəhruz Nuriyev küçəsi ilə kəsişməsinədək olan hissəsində (“Laçın” Ticarət Mərkəzi ) avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur.

"Azəravtoyol" ASC-dən veriən məlumata görə, həmin hissədə hərəkət intensivliyi nəzərə alınaraq aparılacaq təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Sürücülərə hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollar seçmək tövsiyyə olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol