Menu

Fətullah Gülənin işi ilə bağlı ABŞ-a 85 qutu sənəd təqdim edilib

05.08.2016, 09:28
Fətullah Gülənin işi ilə bağlı ABŞ-a 85 qutu sənəd təqdim edilib

Türkiyə Fətullah Gülənin hərbi çevrilişlə əlaqəli olduğunu təsdiqləyən 85 qutu sənəd təqdim edib.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Nyu-Yorkda jurnalistlərə Türkiyə parlamentinin MHP-dən olan üzvü Kamil Aydın deyib.

Qeyd edək ki, Kamil Aydın Fətullah Gülənin tez bir zamanda ABŞ-dan Türkiyəyə ekstradisiya edilməsinə nail olmaq məqsədi ilə Vaşinqtonda səfərdə olan Türkiyə nümayəndə heyətinin üzvüdür. Nümayəndə heyəti Ədliyyə Nazirliyi daxil olmaqla, ABŞ-ın bir sıra dövlət qurumlarında görüşlər keçiriblər.

“Onlar bizə Türkiyədən 85 qutu sənəd qəbul etdiklərini bildiriblər. Hazırda bu sənədlər araşdırılır”, - deyə Kamil Aydın Türkiyənin BMT-dəki daimi nümayəndəliyində keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Türkiyə və ABŞ arasında Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsi üzrə danışıqlar hazırda davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol