AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ müdafiə nazirliyi son 10 ildə ilk dəfə olaraq Sakit Okean rayonuna yüksək manevr qabiliyyətli strateji bombardmançı «V-1B Lancer» eskadrilyası göndərir. Bu barədə ABŞ regional komandanlığı («PACOM») xəbər verir.
Təyyarələr şənbə günü Quam adasında yerləşən Andersen bazasına gələcək və oradakı B-52 bombardmançıları əvəzləyəcək. Maşınlara xidmət göstərmək üçün bazaya hərbi-hava qüvvələrinin 300 nəfərə yaxın hərbçisi də gələcək. Quam adası Marian arxipelaqındakı adalar sırasına daxildir və ABŞ-ın idarəçiliyi aldındadır.
«Bu, B-1 tipli bombardmançıların «PACOM»-ın sərəncamında olan bölgəyə yerləşdirildiyi ilk hal deyil, amma son 10 ildə ilk dəfədir» - deyə, komandanlığın məlumatında deyilir. Qeyd edilir ki, B-1 təyyarələri «daha böyük gücə və məsafəyə zərbə endirmək baxımından istisna sayıla bilən imkanlara malik silahdır» - deyə, məlumatda qeyd olueur.
CNN telekanalı dəqiqləşdirib ki, Quam adasına 34-cü ekspedisiya bombardmançı eskadrilyasına məxsus təyyarələr göndəriləcək. Bu təyyarələr 2015-ci ilin birinci yarısında Suriya, İraq və Əfqanıstandakı əmliyyatlarda iştirak ediblər. Ekipajlar isə 630 missiyanı yerinə yetirərkən, ümumilikdə, 7 min saatlıq uçuş yerinə yetirib.
CNN onu da xatırladır ki, Quam bazasından olan təyyarələr Cənubi-Çin dənizində və Koreya yarımadasında patrul xidmət keçirlər. Birinci halda ABŞ Çin Xalq Respublikasına (ÇXR) göstərmək istəyir ki, Pekinin bölgədəki ərazi iddialarına baxmayaraq, beynəlxaq sularda və hava məkanında azad uçuşların və dəniz nəqliyyatının təhlükəsizliyini təmin etmək niyyətindədir. İkinci halda isə Şimali Koreyaya açıq siqnal göndərir ki, öz müttəfiqlərini - Cənubi Koreyanı və Yaponiyanı qorumaq fikrindədir. Buraya B-1 təyyarələrinin göndərilməsi Pxenyanın növbəti raket sınaqları fonunda baş verir. ABŞ isə bu sınaqları növbəti dəfə «qətiyyətlə pisləyib».
«B-1B Lancer» - səsdən sürətli strateji bombardmaçı təyyarədir və 56 ton raket və bomba daşıya bilir.


Şərhlər