Menu

Bələdiyyə sədrinin qətli ilə bağlı məhkəmədə: "Hələ də torpağı ala bilməmişəm"

05.08.2016, 12:34
Bələdiyyə sədrinin qətli ilə bağlı məhkəmədə: "Hələ də torpağı ala bilməmişəm"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Saray bələdiyyəsinin sədri Vəsilə Əmiraslanovanı və onun həyat yoldaşı Vəfadar Həsənovu öldürməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Saray bələdiyyəsi sədrinin müavini Məhid Həsənov dindirilib. O, ifadəsində F. Hüseynovu əvvəllər mülaiyim insan kimi tanıdığını deyib.

Bələdiyyədə sürücü işləyən Elşad Əhmədov ifadəsində mərhumla Fədai arasında heç bir mübahisəyə şahidlik etmədiyini deyib. E.Əliyev bildirib ki, hadisədən əvvəl qətlə yetirilmiş V.Əbdülhəsənovaya torpaq almaq üçün pul verib. Şahid hələ də torpağı ala bilmədiyini deyib.

Proses avqustun 16-da davam edəcək.

Qeyd edək ki, qətl keçən il iyul ayının 8-də Saray qəsəbəsində baş verib. Bələdiyyə sədri, 39 yaşlı Vəsilə Həsənova və həyat yoldaşı Vəfadar Həsənov amansızlıqla qətlə yetirilib. Araşdırmalar zamanı qətlin Fədai Hüseynov tərəfindən törədildiyi məlum olub. 35 yaşlı F.Hüseynov ailəyə çox yaxın şəxs olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olan F.Hüseynov gecə saatlarında həsənovların evinə gəlib və hələlik dəqiqləşməmiş səbəblərdən mübahisə yaranıb. Mübahisə zəminində o, V.Həsənovanı kəsici, onun həyat yoldaşını isə odlu silahla qətlə yetirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol