Menu

Erməni hərbçi postda intihar edib

05.08.2016, 12:35
Erməni hərbçi postda intihar edib

Erməni hərbçi Vaan Mikaelyan intihar edib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, hadisənin başvermə səbəblərini müəyyən etmək üçün araşdırma aparılır.

Müdafiə Nazirliyinin məlumatına görə, kiçik çavuş Vaan Mikaelyan öz avtomatından baş nahiyəsinə atəş açıb. Hadisə avqustun 4-də, intihar edən hərbçi müşahidə məntəqəsində postda olan zaman baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol