Menu

Türkiyə XİN-dən 300-dən çox əməkdaş işdən çıxarılıb

05.08.2016, 15:30
Türkiyə XİN-dən 300-dən çox əməkdaş işdən çıxarılıb

Fətullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində Türkiyə XİN-də 300-dən çox əməkdaş işdən azad edilib. Trend-in məlumatına görə, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu "TGRT" telekanlına müsahibəsində bildirib.

M.Çavuşoğlu XİN sıralarının Gülən tərəfdarlarından təmizlənməsinin vacibliyini vurğulayıb.

Daha öncə M.Çavuşoğlu Türkiyənin Kazandakı diplomat əməkdaşlarından birinin Fətullah Gülən hərəkatı ilə əlaqədə olduğu üçün Yaponiyaya qaçdığı barədə məlumat vermişdi.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol