Menu

TÜRKİYƏNİN MƏŞHUR ŞOUMENİ - Həbs edildi

05.08.2016, 17:20
TÜRKİYƏNİN MƏŞHUR ŞOUMENİ - Həbs edildi

15 iyul çevriliş cəhdinin ardından sosial şəbəkədə yazışmaları ortaya çıxan şoumen Atalay Dəmirçi Ankarada həbs edilib.

"AzPolitik.info" Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur şoumen Atalay Dəmirçinin Twitter hesabı, "Ay-ulduz Team" adlı xaker qrupu tərəfindən ələ keçirilmişdi. Qrup, Dəmirçinin Twitterdəki xüsusi yazışmalarını nəşr edib. Xüsusi yazışmalar arasında məşhur şoumenin, keçmiş futbol ulduzu Hakan Şükür və ABŞ-da basketbol karyerasını davam etdirən Enes Kanter ilə olan yazışmaları ortaya çıxıb.

Türkiyədə 15 iyul çevriliş cəhdinin ardından yazışmaları ortaya çıxan Atalay Dəmirçinin Ankarada həbs edildiyi bildirilib.

Şoumen isə verdiyi açıqlamada: "FETÖ ilə heç bir əlaqəm yoxdur. Bütün bunlar xakerlər tərəfindən həyata keçirilən oyundur", deyə məşhur şoumen özünü müdafiə edib.

hakan sukurXatırladaq ki, Hakan Şükür çevriliş cəhdindən əvvəl ABŞ- köçüb. Onun Fətullah Gülənin ən yaxın adamlarından biri olduğu deyilir. Enes Kanter isə Türkiyədə baş verən çevriliş cəhdindən sonra sosial şəbəkədə Fətullah Gülənə açıq-aşkar dəstək verməkdən çəkinməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol