Menu

 "Messi Dünya çempionatı-2018-də çıxış edəcək" - Argentina prezidenti

05.08.2016, 22:54

160630012104_messi_624x351_gettyMaurisio Makri: Əminəm ki, o, yenə ən yaxşılardan biri olacaq

"Barselona" futbol klubunun hücumçusu Lionel Messi 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatında Argentina milli komandasının heyətində çıxış edəcək.

"Report" xəbər verir ki, bu barədə Argentina prezidenti Maurisio Makriyə istinadən ESPN telekanalı məlumat yayıb.

Argentina millisi iyunun 27-də Amerika Kubokunun finalında Çiliyə məğlub olduqdan sonra 20 yaşlı futbolçu Lionel Messi milli komandanın heyətində karyerasını başa vurduğunu bəyan etmişdi.

"Messi Rusiyada keçiriləcək Dünya çempionatında iştirak edəcək və komandamızın lideri olacaq. Əminəm ki, o, yenə ən yaxşılardan biri olacaq", - deyə Makri bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol