Menu

ABŞ Türkiyəyə nümayəndə heyəti göndərəcək

06.08.2016, 16:32
ABŞ Türkiyəyə nümayəndə heyəti göndərəcək

Türkiyə FETÖ terror təşkilatının başçısı Fətullah Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı Amerika Birləşmiş Ştatları ilə yeni danışıqlara başlayacaq.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ Ədliyyə Nazirliyi gələn həftə bu mövzuda danışıqlar aparmaq üçün Türkiyəyə nümayəndə heyəti göndərməyə qərar verib.

Eyni zamanda Türkiyə Ədliyyə Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyətinin ABŞ-a səfər edəcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyədə iyulun 15-də baş verən hərbi çevriliş cəhdindən sonra Ankara ABŞ-dan Fətullah Gülənin ekstradisiyasını tələb edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol