Menu

Gənc oğlan 33 yaşlı kişini bıçaqlayıb

06.08.2016, 17:03

BicaqBakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, rayonun Qum adası qəsəbəsində qəsəbə sakini 1991-ci il təvəllüdlü İlkin Abdullayev 1983-cü il təvəllüdlü Abbas Orucovun qol və döş nahiyəsinə iki bıçaq xəsarəti yetirib.

A.Orucov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

İ.Abdullayev isə könüllü olaraq polis bölməsinə gedib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol