Menu

Venesuela ilə Paraqvay arasında münasibətlər gərginləşib!

06.08.2016, 17:23
Venesuela ilə Paraqvay arasında münasibətlər gərginləşib!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Venesuela ilə Paraqvay arasında münasibətlər gərginləşib. O həddə qədər ki, artıq Asunson (Paraqvayın paytaxtı) Venesueladakı səfirini «məsləhətləşmələr aparmaq məqsədilə» geri çağırıb.

Gərginliyin yaranmasına səbəb kimi, Veresuelanın prezidenti Nikolas Maduronun Paraqvay hökuməti haqqında səsləndirdiyi fikir olub. O, Cənubi Amerika ümumi bazarına müvəqqəti sədrliyinin Venesuelaya keçməsinə etiraz etdiklərinə görə, Paraqvay, Argentina və Braziliya hökumətlərini tənqid edib.

Üç dövlət hesab edib ki, Bolivarian Venesuela Respublikasında (Venesuelanın rəsmi adı, «kiçik Venesiya» deməkdir) mövcud siyasi və iqtisadi vəziyyət, onun ümumi bazara yetərli səviyyədə nəzət etməsinə imkan vermir.

Bunun cavabında, Maduro Paraqvay rəhbərliyini narkoticarətlə məşğul olan oliqarxiya adlandırıb.

Məlumat üçün bildirək ki, hələ ötən əsrin 80-ci illərindən (alman əsilli məşhur diktator - general Stressnerin prezidentlik illəri) başlayaraq Paraqvayın adı beynəlxaq səviyyədə narkoticarətdə hallanmağa başlayıb. 1988-ci ildə həyata keçirdiyi hərbi çevriliş nəticəsində Stressneri öz qudası, «kokain generalı» Rodriges «taxtdan salıb». General Rodriges öz ölkəsində hərbçi olmaqdan daha çox, «kokain inhisarı»nın rəhbəri kimi məşhurdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol