Menu

​Türkiyə bankları kreditləri ucuzlaşdıracaq

06.08.2016, 17:24
​Türkiyə bankları kreditləri ucuzlaşdıracaq

Türkiyənin Bankların Fəaliyyətinə Nəzarət Şurasında (BDDK) ölkənin bank rəhbərləri ilə görüş keçirilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bankirlərin bir araya gətirilməsinə səbəb prezident Rəcəb Tayyib Ərdoğanın ölkə banklarına ipoteka kreditlərinin illik faiz dərəcəsini 9%-ə endirməklə bağlı tövsiyəsidir.

Görüşdə BDDK-nın rəhbəri Mehmet Ali Akben bank sahiblərinə müraciət edərək, onları nəinki ipoteka, digər kreditləri də ucuzlaşdırmağa çağırıb: "Bu, bütün banklar üçün faydalı olacaq. Tədricən xarici banklar da faizləri azaldacaq".

Bank rəhbərləri ucuzlaşma ilə bağlı təklifə müsbət yanaşıblar və bu istiqamətdə iş aparacaqlarını deyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol