AzPolitika.info Ukrayna KİV-ə istinadla xəbər verir ki, ölkənin Dövlət Sərhəd Xidməti mövcud 3 nəzarət-keçid məntəqəsindən Krıma avtomobillərin və insanların gediş-gəlişini müvəqqəti olaraq dayandırıb. Bu barədə idarənin saytında xəbər dərc olunub.
Bəyanata görə, bu addım Rusiya tərəfinin analoji əməliyyatlarına cavab olaraq atılıb. «Məhz buna görə də, Ukraynanın materik hissəsindəki «Kalançak», «Çaplinka» və «Çonqar» nəzarət-keçid məntəqələrindən Krım Muxtar Respublikasına keçid həyata keçirilmir» - deyə, pres-relizdə xəbər verilir.
Məlumat üçün bildirək ki, Ukraynanın Krımla sərhədində 3 avtomobil nəzarət-keçid məntəqəsi fəaliyyət göstərir: «Kalançak» - Rusiya tərəfdən «Armynsk», «Çaplinka» («Perekop») və «Çonqar» (Djankoy).


Şərhlər