Menu

Rusiya komandası Paralimpiya oyunlarından kənarlaşdırılıb

08.08.2016, 13:47
Rusiya komandası Paralimpiya oyunlarından kənarlaşdırılıb

Rusiyanın milli yığması dopinq qalmaqalı ilə əlaqədar sentyabr ayında Rio de Janeyroda Paralimpiya oyunlarında iştirakdan kənarlaşdırılıb.

Bu, sistematik dopinq proqramı ilə əlaqədar olaraq Rio de Janeyroda Yay Olimpiya Oyunlarında iştirak etmək istəyən Rusiya idmançılarına qarşı cəza tədbirləri ilə yanaşı atılmış daha bir addımdır.

Beynəlxalq Olimpiya Komitəsi Rio de Janeyroda Yay Olimpiya Oyunlarında Rusiyanın 271 idmançısının iştirakına icazə verib. Bu, yığma komandanın 70 faizini təşkil edir. Lakin Beynəlxalq Paralimpiya Komitəsi 2014-cü ildə Soçidə Paralimpiya oyunları da daxil olmaqla, Moskvanın dopinq proqramını qəti şəkildə qınayaraq, sentyabrın 7-18 tarixlərində Rio de Janeyroda keçiriləcək oyunlarda Rusiyanın Paralimpiya komandasının bütünlüklə iştirakını qadağan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol