Menu

Türkiyə, çeçen killeri Rusiyaya qaytaracaq?

08.08.2016, 14:15
Türkiyə, çeçen killeri Rusiyaya qaytaracaq?

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Türkiyə hökumət orqanları çeçen killeri Rusiyaya ekstradisiya edə bilər. O, öz vətənində bir neçə ağır cinayəti törətməkdə, o cümlədən, iş adamını qətlə yetirməkdə təqsirli bilinir. Sənədlər artıq Ankaradan Moskvaya göndərilirb.

"Validol" ləqəbli, çeçen əsilli Vadim Luraxmayev hazırda Türkiyədə həbsxanada «yatır». Rusiyada hesab edirlər ki, o, iş adamı Maksim Ozirnoyun öldürülməsi ilə əlaqəlidir. Onun cəsədi 2011-ci ildə İstanbul ətrafında tapılıb. İstintaq Komitəsi (İK) biznesmenin öldürülməsi səbəblərini araşdırıb. «Rosbalt» xəbər verir ki, müstəntiqlərin versiyasına görə, o, "Validol"un cinayət ortaqlarını (pul qarşılığında müəyyən adamları yüksək dövləti vəzifələrə təyin etdirməyə göməklik göstərən «reşalşik»lər) adbaad və üzdən tanıyırmış. Agentlik dəqiqləşdirib ki, bu postlar qubernator və dövlət korporasiyalarında aparıcı top-menecer vəzifələri olub.

"Validol"un qruplaşmasının üzvləri özlərini Kremlin əməkdaşları kimi qələmə verirmişlir və öz xidmətləri qarşılığında onlarla, hətta yüzlərlə milyon dollar pul alırmışlar. Pulun ötürülməsində iştirak edən və bəzi cinayətkarları üzdən tanıyan vəsitəçiləri isə sonradan aradan götürürmüşlər. Buna Luraxmayev cavabdeh olub. İlk olaraq, biznesmen Mixail Lanin öldürülüb. O, öz oğlu ilə birlikdə Daxili İşlər Nazirliyində və «Olimpiysk» dövlət korporasiyasında aparıcı postlara təyin olunmaq üçün 200 milyon dollar ödəyib. Sonra isə İstintaqın versiyasına görə, "Validol" və ortaqları Ozirnoyu qətlə yetiriblər. Ona, guya «Qazporm»da yüksək vəzifəyə təyin olunacağı barədə informasiya ötürüblər və məsələni müzakirə etmək üçün onu Türkiyəyə dəvət ediblər və burada da öldürüblər. Cinayətkarlar onun cəsədini tanınmaz hala salıb, sonra da üzərinə turşu töküblər.

Bundan əvvəl Türkiyə tərəfi Rusiyanın bu məsələ üzrə əməkdaşlış etmək təklifini qulaqardına vurub. Luraxmayevi aprel ayında saxlayıblar. Sonra isə Rusiya casusu elan ediblər və Mövladi Uduqovun qohumunun öldürülməsində günahlandıraraq, həbs ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol