AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyənin rabitə nazirliyi Rusiyanın «Sputnik» informasiya agentliyinin saytına girişin üzərinə qoyulmuş qadağanı ləğv edib.
Məlumat üçün bildirək ki, bu ilin yazında Türkiyə məhkəməsi ölkə ərazisində bir neçə sayta girişin bloklanması barədə qərarı təsdiq etmişdi. Onlardan biri də Rusiyanın çoxprofilli «Sputnik» informasiya agentliyinin saytı idi.
O zaman Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) həmin bloklamanı hüquqdankənar, Ankaranın gətirdiyi əsasları isə qeyri-inandırıcı adlandırmışdı.
Qeyd edək ki, «Sputnik» agentliyinin rəhbəri «əzabkeş erməni xalqı»nın nümayəndəsi Marqarita Simonyandır.


Şərhlər