AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, fövqəladə vəziyyətlərə reaksiya mexanizmlərinin yaxşılaşdırılması məqsədilə Çində nüvə təhlükəsizliyi üzrə «Fengbao-2016» adlı növbədənkənar təlimlər keçirilib. Bu barədə məlumatı bazar günü «Sinxua» agentliyi yayıb.
«Təlimlər nüvə təhlükəsizliyi sisteminin effektliliyinin yoxlanması məqsədilə keçirilib» - deyə, agentlik Çin Xalq Respublikası (ÇXR) müdafiə elmləri, texnikası və sənayesi Komitəsinin bəyanatından sitat gətirir. Sənəddə qeyd olunur ki, təlimlər əvvəlcədən hazırlanmış senari üzrə həyata keçirilib.
Bundan əvvəl ÇXR-in sədri Si Tsinpin bəyan etmişdi ki, hal-hazırda Çin, atom sektorunun inkişaf ahəngi üzrə liderlik edir və eyni vaxtda sahə üzrə təhlükəsizlik istiqamətində yüksək göstəricilər nümayiş etdirir. «Çin, nüvə təhlükəsizliyinin gücləndirilməsi yollarını araşdırmaqda, uyğun beynəlxalq və siyasi öhdəlikləri yerinə yetirməkdə, həm də bu sahə üzrə beynəlxalq əməkdaşlığa dəstək verməkdə davam edir» - deyə, o, qeyd edib.


Şərhlər