Menu

Partiyadaşları Trampa qarşı! - Namizədliyinin geri götürülməsi tələb olunur...

09.08.2016, 13:15

trampAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, partiyadaşları Donald Trampın ABŞ prezidentliyinə namizədliyinin partiyadan başqasının namizədliyi ilə əvəz olunmasını tələb edirlər.

Tənqidçilər Respublikaçılar partiyası Milli komitəsinə müraciət ediblər. Onlar Trampı «təbii fəlakət» adlandırıblar.

Bu arada, 50 nəfər görkəmli respublikaçı, o cümlədən, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və Milli kəşfiyyatın rəhbərləri çağırış imzalayıb. Sənəd, seçiciləri Trampa səs verməməyə çağırır.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabr ayında keçiriləcək. Bu seçkilərdə Trampın rəqibi Demokrat partiyasının namizədi Hillari Klintondur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol