Menu

Qlobal bazarlarda dollar ikinci gündür ucuzlaşır

10.08.2016, 10:14
Qlobal bazarlarda dollar ikinci gündür ucuzlaşır

Dollar, qeyri-sabit qlobal iqtisadi artım, güclü qızıl və istiqrazlar səbəbindən Fed-in faiz artırımını bir müddət təxirə salacağı spekulyasiyaları ilə zəifləyib.

Dollar mühüm pulların hamısı qarşısında dəyər itirib. Bloomberg Dollar Spot İndeksi, ard-arda iki gün aşağı düşüb. Cümə günü gözlənildiyindən yüksək çıxan ABŞ-da məşğulluq göstəricisinin dolları dəstəkləməsinə baxmayaraq, qlobal miqyasda inkişafın məyusluq yaratması səbəbindən Fed-in 2016-ci ildə faiz artırımına gedəcəyinə dair bazar gözləntisi 50%-dən aşağı qalır.

Dolların 10 əhəmiyyətli pul qarşısındakı dəyərini təqib edən Bloomberg Dollar Spot İndeksi, Çərşənbə Axşamı günkü azalmanı davam etdirərək Çərşənbə günü 0.4 faiz zəifləyib.

Sydney-də "Commonwealth Bank of Australia"nın stajlı valyuta strateqi Elias Haddad, "ABŞ Dollarının əmtəə qiymətlərinə qarşı həssas olan valyutalar qarşısında yüksəlməsi artıq mümkün görünmür" - deyib.  /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol