AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurası büdcə defisitinin azaldılması üzrə müddətin pozulmasına görə, İspaniya və Portuqaliyanı cərimələmək qərarından vaz keçib. Bu barədə məlumatı Şuranın mətbuat xidməti yayıb.
«Şura, həddindən artıq büdcə defisitinin azaldılması istiqamətində effektli ölçülər götürmək iqtidarında olmadığına görə, Portuqaliya və İspaniyanı cərimələməmək qərarına gəldi» - deyə, idarənin bəyanatında qeyd olunur.
Bundan əlavə, Şura, büdcə defisitini korrektə etmək və görüləsi tədbirlər barədə hesabat təqdim olunması üçün hər iki ölkəyə yeni müddət müəyyən edib. «Şura, 2016-cı ildə Portuqaliyanı, ümumi büdcə defisiti həcmini ÜDM-in 2,5 faizi həddinə qədər azaltmağa çağırır. Şura, eynilə İspaniyanı dövlət büdcə defisitini 2016-cı ildə ÜDM-in 4,6 faizi həddinə, 2017-ci ildə 3,1 faizi həddinə, 2018-ci ildə 2,2 faizi həddinə endirməyə çağırır»-deyə, sənəddə izah olunur.
İyulun 27-də Avropa Komissmiyası (AK) İspaniya və Portuqaliyaya qarşı maliyyə sanksiyalarının ləğv olunmasını tövsiyə edib. Sanksiyalar, bu dövlətləri, dövlət büdcə kəsirinə görə təhdid edirdi. Eyni zamanda, Avrokomisiya, vəziyyəti düzəltmək məqsədilə, hər iki ölkəyə müddət verilməsini təklif edib: Portuqaliya üçün - cari ilin sonuna qədər, İspaniya üçün - 2018-ci ilə qədər.


Şərhlər