Menu

Mayami hava limanında atışma baş verib

10.08.2016, 16:19
Mayami hava limanında atışma baş verib

ABŞ-ın Florida ştatında, Mayami beynəlxalq hava limanı yaxınlığında iki nəfərin iştirakı ilə atışma baş verib.

"Report" "NBC Miami" telekanalına istinadən xəbər verir ki, hadisə aeroport işçiləri üçün park meydanında yaşanıb.

KİV-in məlumatına görə, polis və xilasetmə xidməti hələlik hadisənin mümkün qurbanları barədə heç bir məlumat verməyib. Amma helikopterdən çəkilmiş videoda aeroport binasının cənub-şərqində park yerində iki cəsədin olduğu görünür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol