Menu

Telman İsmayılov Rusiya Ali Məhkəməsinə şikayət etdi

10.08.2016, 17:21

telman page_monica-bellucci-azeri-milyarder-icin-mi-kocasini-terk-etti_647636098Azərbaycan əsilli biznesmen, AST şirkətlər qrupunun yaradıcısı Telman İsmayılov Rusiya Ali məhkəməsinə şikayət edib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, İsmayılov onun müflis sayılması barədə verilmiş məhkəmə qərarının Moskva Arbitraj Apellasiya məhkəməsi tərəfindən ləğv olunması ilə bağlıdır.

Şikayət ərizəsi avqustun 8-də icraata alınıb.

Moskva arbitraj məhkəməsi 2015-ci ilin dekabrında Moskva vilayəti üzrə arbitraj məhkəməsinə müflis tanınması üçün müraciət etmişdi.

Prosedur İsmayılovun Boris Zubkov adlı şəxsə 9 milyon rubl borcunun olması səbəbindən başlanmışdı.

Lakin bu ilin mayında Moskva dairəsi arbitraj məhkəməsi öncəki instansiyanın qərarını ləğv edərək Azərbaycan əsilli biznesmeni müflis kimi tanımaqdan imtina etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol