Menu

Türkiyədə polisə hücum olub - 4 nəfər ölüb, 13 nəfər yaralanıb

10.08.2016, 22:47

pkk-qarabagDiyarbəkir vilayətinin Sur rayonunda PKK qruplaşmasının üzvlərinin minalanmış avtomobili partlatması nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə "Anadolu" agentliyi məlumat verib.

Partlayıcı qurğu polis avtomobili keçdiyi zaman işə düşüb. Yaralılar xəstəxanaya göndəriliblər.

Terrorçuların tutulması üçün bölgədə əməliyyat aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol