Menu

Ata və oğlu bıçaqlandı

11.08.2016, 09:24
Ata və oğlu bıçaqlandı

Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gün rayonun Əhmədabad kəndində qeydə alınıb.

Kənd sakini, 1964-cü il təvəllüdlü Əhmədov Murad Yazdan oğlu qohumları - 1965-ci il təvəllüdlü Əhməd Hafiz oğlu Əhmədovu və onun oğlu, 1980-ci il təvəllüdlü Xamza Əhməd oğlu Əhmədovu bıçaqlayıb. Bıçaqlanan şəxslər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirlir. M. Əhmədov saxlanılıb.

Faktla bağlı Sabirabad rayon Polis şöbəsində cinayət işi açılıb,araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol