Menu

“Trump Tower Baku”da yanğın

11.08.2016, 13:29
“Trump Tower Baku”da yanğın

Bakıdakı “Trump Tower Baku” binasında yanğın olub.

“Report”un əməkdaşı xəbər verir ki, əraziyə üç yanğınsöndürən maşın cəlb edilib.

Yanğının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Trump Tower Baku” paytaxtın Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən, 72 mənzil və 189 ayrı otel nömrəsindən ibarət çoxmərtəbəli binadır. Hündürlüyü 130 metr olan “Trump Tower Baku” 33 mərtəbədən ibarətdir. Azərbaycanın beş ən yüksək binasından biri hesab olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol