Menu

​Avropa Liqasında "Maribor" - "Qəbələ" matçının başlama saatı müəyyənləşib

11.08.2016, 13:45

qebele-2"Qəbələ"nin Sloveniyada "Maribor"la keçirəcəyi Avropa Liqasının "pley-off" mərhələsinin cavab görüşünün başlama saatı müəyyənləşib.

"Report"un rəqib klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 25-də keçiriləcək oyunun start fiti Bakı vaxtı ilə saat 21:15-də çalınacaq.

Görüş Maribor şəhərindəki 12 700 tamaşaçı tutumuna malik "Lyudski vrt" stadionunda baş tutacaq.

Qeyd edək ki, ilk görüş avqustun 18-də Bakıda keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol