Menu

Ərdoğan Rusiyaya "Türk axını"nın xərclərini yarıbayarı ödəməyi təklif edib

11.08.2016, 15:48
Ərdoğan Rusiyaya "Türk axını"nın xərclərini yarıbayarı ödəməyi təklif edib

Türkiyə Rusiyaya "Türk axını" layihəsi üzrə boru kəməri çəkilişi xərcələrini yarıbayarı ödəməyi təklif edib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Habertürk" telekanalına müsahibəsində bildirib.

"Rusiya tərəfinə "Türk axını" layihəsi üzrə heç bir problem olmadığını bildirdik. Onlara boru kəmərinin bizim ölkə ərazisindən keçəcək hissəsinin salınması xərclərini yarı-yarıya ödəməyi təklif etdik", - deyə R.T.Ərdoğan vurğulayıb.

Onun sözlərinə görə, "Türk axını" layihəsi ölkə ərazisindən keçəndən sonra Türkiyə xərclərin 50%-ni ödəyəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol