Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Elmar Qasımov 1/4 final görüşünə çıxıb.
"Report"un məlumatına görə, rəqib misirli Ramadan Darviş olub.
Görüş cəmi 58 saniyə davam edib. Qasımov ipponla qələbə qazanaraq yarımnfinala yüksəlib.
Finala gedən yolda onun rəqibi ukraynalı Artyom Bloşenko olacaq.
* * *
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Elmar Qasımov 1/8 final görüşünə çıxıb.
"Report"un məlumatına görə, rəqib əlcəzairli Layeş Buyakub olub.
Görüşün əvvəllərində hakim L.Buyakuba passiv mübarizə aparması səbəbindən iki dəfə xəbərdarlıq edib. Görüşü xilas etmək istəyilə irəli atılan əlcəzairli cüdoçu vazari fəndi ilə üzləşib. O, sonradan eyni fəndi özü tətbiq etsə də, E.Qasımov cərimə xallarının çoxluğu hesabına 1/4 finala yüksəlib.
Qeyd edək ki, Azərbaycan cüdoçusunun növbəti rəqibi Ramadan Darviş (Misir) olacaq.


Şərhlər